Suriya ordusu kürd terrorçularından əraziləri geri alır – VİDEO

Suriya ordusu kürd terrorçularından əraziləri geri alır – VİDEO

Hazırda oxunan: Suriya ordusu kürd terrorçularından əraziləri geri alır – VİDEO

591555

Suriya ordusu Manbicın cənub-qərbindəki Tişrin su anbarına nəzarəti ələ keçirib. Bu, YPG/SDQ kürd döyüşçülərinin bölgədən çıxarılmağa başladığı vaxtla üst-üstə düşür. Döyüşçülər su anbarı ərazisini tərk edib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə KİV-i yazıb.

Suriya ordusunun bölmələri cəbhə xəttində irəliləyib. Səhərdən bu vaxta qədər tərəflər arasında qarşıdurmalar qeydə alınmayıb.

Suriya ordusunun cümə axşamı, 15 yanvar axşamı başlayan əməliyyatı zamanı su anbarı bölgəsində zaman-zaman şiddətli döyüşlər baş verib, lakin o vaxt mövqelərdə dəyişiklik olmayıb.
 

Suriya ordusu bildirib ki, YPG/SDQ-nin hökumət strukturlarına tam inteqrasiyası və atəşkəs sazişi çərçivəsində şimal-şərqi Suriyada, yəni kürd əhalisinin sıx yaşadığı Cazira bölgəsində qoşun yerləşdirilməsinə başlayıb. Bəyanatda qeyd olunur ki, bu addım bölgənin təhlükəsizliyini təmin etməyə yönəlib. Suriya telekanalı “Al-İxbaria” bildirib ki, qoşun yerləşdirilməsi bölgədə vəziyyətin sabitləşdirilməsi prosesinin bir hissəsidir.


Bu arada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik son günlər Suriyada baş verən hadisələrlə bağlı sosial şəbəkələrdə açıqlama verib.

O bildirib ki, Suriyada aparılan əməliyyatlar nəticəsində “Suriya Demokratik Qüvvələri” (SDQ) tam məğlubiyyətə uğrayıb və Dəməşq ilə SDQ arasında imzalanan “Atəşkəs və tam inteqrasiya sazişi” ölkənin birliyinin qorunması üçün vacib baza rolunu oynayacaq.

“Həmin terror təşkilatı (SDQ) həm Suriyaya, həm də Türkiyəyə təhlükə yaradırdı.

Bundan əlavə, onlar Türkiyə tərəfindən başlanan ‘Terrorizmsiz Türkiyə’ layihəsini sabotaj etməyə çalışırdılar. Lakin SDQ-nin bu layihəyə qarşı çevriliş cəhdinin qarşısı alındı”, – deyə hakim partiyanın nümayəndəsi bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO