ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) Çin hökuməti haqqında məxfi məlumatı olan şəxsləri agent olmağa dəvət edib.
Bizim.Media xəbər verir ki, bu barədə CİA-nın rəsmi “X” hesabında video paylaşılıb.
Sözügedən videoda Çin vətəndaşlarına məlumatları təhlükəsiz şəkildə necə paylaşmaq lazım olduğu izah edilib.
“Bu video CIA ilə təhlükəsiz əlaqə qurmaq üçün tam təlimat təqdim edir. Biz Çin haqqında həqiqəti bilən və paylaşa bilən insanları axtarırıq” – paylaşımda qeyd olunub.
Paylaşım dünya miqyasında geniş müzakirələrə səbəb olub.
Çin Kommunist Partiyası isə buna cavab verən hər hansı bir Çin vətəndaşını cəzalandırmaqla hədələyib.
“Bu, xarici güclərin təhrikidir. Buna cavab verən hər hansı bir Çin vətəndaşı ciddi şəkildə cəzalandırılacaq və ya aşkarlanarsa, xain hesab ediləcək”.
Bizim.Media

































































































