Bakı-Qazax avtomagistralında QƏZA: İki nəfər xəsarət aldı - VİDEO

Bakı-Qazax avtomagistralında QƏZA: İki nəfər xəsarət aldı - VİDEO

Hazırda oxunan: Bakı-Qazax avtomagistralında QƏZA: İki nəfər xəsarət aldı - VİDEO

590809

Bakı-Qazax avtomagistralının Gəncə şəhərindən keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan "Toyota" markalı avtomobil ilə "VAZ 21099" markalı maşın toqquşub. 
 

Qəza nəticəsində 2008-ci il təvəllüdlü Sevda Babacanova və 21 yaşlı Çiçək Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib. 


Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO