Xəbər verdiyimiz kimi, Tovuzun Düz Qırıqlı kəndində 3 yaşlı Hüseyn Qasımov su quyusuna düşərək ölüb.
Bizim.Media xəbər verir ki, mərhumun yaxınları hadisənin təfərrüatını “Baku TV”yə danışıb.
“Bizə qonaq gəlmişdilər. Uşaq su istədi. Suyu verib yola çıxdım. Mənim oğlum gəlib, o isə gəlməyib. Yoldaşım su quyusundan çıxaranda artıq rəhmətə getmişdi”, - qohumu bildirib.
Digər qohum isə qeyd edib ki, uşaq oynayarkən quyuya düşüb:
“Uşaqlarla oynayırdılar. Oynayarkən yıxılıb quyuya düşüb. Suyun dərinliyi az idi, yəqin ki, başı yerə dəyib zədə alıb”.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı süjetdə:
Bizim.Media

- A-
- A
- A+
Multimedia
06:15 / 10.12.2025
3 yaşlı Hüseynin ölümünə səbəb olan quyu - VİDEO
Hazırda oxunan: 3 yaşlı Hüseynin ölümünə səbəb olan quyu - VİDEO
Hazırda oxunan: 3 yaşlı Hüseynin ölümünə səbəb olan quyu - VİDEO
584736
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































