“Savadlı, amma şikəst uşaqlar istəmirik” - Vüsalə şikayətləndi - VİDEO

“Savadlı, amma şikəst uşaqlar istəmirik” - Vüsalə şikayətləndi - VİDEO

Hazırda oxunan: “Savadlı, amma şikəst uşaqlar istəmirik” - Vüsalə şikayətləndi - VİDEO

584713

Aparıcı Vüsalə Əlizadə məktəb dərsliklərinin çoxluğundan və çantaların ağırlığından şikayətlənib.

Bizim.Media xəbər verir ki, o, qızı Diləyin çantasında olan dərslikləri sosial şəbəkədə paylaşaraq təhsil sisteminin dəyişməsini istəyib:

"Uşaq məktəbdən sonra evə ikiqat gəlib. Bilirəm ki, çox valideyn və uşaqların problemidir. Valla, ürəyim dözmədi. Sizdə də vəziyyət belədir?

Uşaq qapıdan içəri girdi, gördüm ki, vəziyyəti çox pisdir. Dedim ki, çantanı aç, görüm içində nə var. Bəlkə sinif yoldaşlarına nəyisə göstərmək üçün əlavə şeylər aparıb. Hər dərsin 3 kitabı və 3 dəftəri var. Bu uşaqlar zülm çəkir. Bizim dövrdə bir dərslik və bir dəftərimiz var idi. Kitabların çoxluğu uşaqların yaxşı oxuması və ağıllı olması demək deyil. Hər dəfə də müəllimlər tələb edir ki, niyə filan dəftəri gətirməmisən?
 

Müasir dövrdəyik, kaş ki, bunları kompüterləşdirsinlər. Uşaqlara planşet verək, bütün proqramlar onun içində olsun və dərsə onunla gedib-gəlsinlər. Bu uşaqlar yazıqdır axı. Dilək hər gün deyir ki, boynum, belim ağrıyır. Kaş ki, bu təhsil sistemi dəyişsin. Uşaqlar çox ağır çantalar daşıyırlar.


Onların bədən strukturu dəyişir, onurğasında problem yaranır. Bu, təhlükəli gələcək deməkdir. Kaş ki, təhsil sistemində bu fikrimizi dəstəkləyənlər olsun. Bu zülm, müsibət olmaz. Biz başı dolu, savadlı, amma şikəst uşaqlar istəmirik. Uşaqların sağlamlığı daha önəmlidir". (axsam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO