Suriya prezidentinin Hakan Fidanla qucaqlaşması maraqla qarşılandı - ANBAAN VİDEO

Suriya prezidentinin Hakan Fidanla qucaqlaşması maraqla qarşılandı - ANBAAN VİDEO

Hazırda oxunan: Suriya prezidentinin Hakan Fidanla qucaqlaşması maraqla qarşılandı - ANBAAN VİDEO

584288

Qətərin paytaxtı Dohada keçirilən “Doha Forum 2025”in açılış mərasimində diqqətçəkən an yaşanıb.

Bizim.Media xəbər verir ki, “Ədalət Əməldə: Vədlərdən İrəliləməyə” mövzulu tədbirdə iştirak edən Suriya Prezidenti Əhməd əş-Şaraa Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə salona daxil olarkən qəfil dayanıb.

Əmirlə birlikdə irəliləyən Şaraa Türkiyə xarici işlər naziri Hakan Fidanı görən kimi protokolu kənara qoyaraq ona tərəf yönəlib və səmimi şəkildə qucaqlayıb.

Suriya prezidentinin bu addımı sosial şəbəkələrdə maraqla qarşılanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO