Rusiyada neft bazası yanır - VİDEO

Rusiyada neft bazası yanır - VİDEO

Hazırda oxunan: Rusiyada neft bazası yanır - VİDEO

584248

Bu gecə Saratov bölgəsinin (Rusiya) sakinləri, xüsusilə Engels və Saratov şəhərlərində güclü partlayışlar və siren sədaları eşidildiyini bildiriblər.

Bizim.Media xəbər verir ki, ilkin məlumata görə, partlayışların səbəbi Engelsdə yerləşən neft bazasına və ya neft emalı obyektinə dron hücumu olub.

Bu, son aylarda Saratov bölgəsinə edilən növbəti hücumdur: əvvəllər də Engels-2 hərbi bazası və “Kristall” neft-bazasına dron zərbələri endirilib, böyük yanğınlar və partlayışlar qeydə alınıb.

Hücum nəticəsində neft anbarlarında yanğın baş verib.

Regionun rəhbəri partlayışdan sonra sosial media hesabında əhalini sakit olmağa çağıraraq, fövqəladə hallar xidmətlərini hadisə yerinə göndərdiklərini bildirib.
 

Xatırladaq ki, Saratov bölgəsi — Rusiyanın strateji obyektləri üçün mühüm coğrafi məkandır: Engelsdə yerləşən “Engels-2” aerodromu Rusiyanın nüvə təyyarələrinin bazasıdır.


2025-ci ilin əvvəllərindən bəri bu bölgəyə bir neçə dəfə dron zərbələri endirilib, neft anbarları və hərbi obyektlər hədəfə alınıb.

Bu tip hücumlar Rusiyanın enerji və hərbi infrastrukturuna yönəlmiş strateji zərbələrin davamı kimi görünür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO