Tovuzda dəhşətli QƏZA – FOTO/VİDEO 

Tovuzda dəhşətli QƏZA – FOTO/VİDEO 

Hazırda oxunan: Tovuzda dəhşətli QƏZA – FOTO/VİDEO 

44577

Bakı-Qazax avtomagistralının Tovuz rayonunun ərazisindən keçən hissəsində qəza baş verib. Sumqayıt şəhər sakini 1986-cı il təvəllüdlü Vidadi Şabanov idarə etdiyi Mercedes markalı yük avtomobili ilə dumanlı hava şəraitində idarəetməni itirib və qarşıda gedən eyni markalı yük avtomobilinə çırpılıb.  

Bizim.Media-nın bölgə müxbirinin əldə etdiyi informasiyaya görə, qəza nəticəsində V.Şabanov sərnişin hissəsi deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.  
 

MÖVZU İLƏ BAĞLI:

İki avtomobil toqquşdu, 5 yaralı var – Ağstafada ağır qəza


Ətrafdan keçənlərin ilkin müdaxiləsi və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin Tovuz rayon şöbəsinin xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən avtomobildən çıxarılıb. Əraziyə gələn təcili tibbi yardım briqadası sürücüyə ilkin tibbi yardım göstərib.  

Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.  

Hadisə yerindən görüntüləri təqdim edirik: 

Cümşüd Məmmədov, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO