“BBC”nin efirində Azərbaycanla bağlı videoçarx - VİDEO 

“BBC”nin efirində Azərbaycanla bağlı videoçarx - VİDEO 

Hazırda oxunan: “BBC”nin efirində Azərbaycanla bağlı videoçarx - VİDEO 

0:00
0:00
42298

“BBC World News” televiziya kanalında “Azərbaycanı kəşf et – gələcəyə gedən yol” adlı videoçarx yayımlanır. 

Bizim.Media xəbər verir ki, 200-dən çox ölkədə yayımlanan, 450 milyon izləyicisi olan “BBC World News” telekanalında nümayiş etdirilən videoçarxda zəngin mədəni irsə malik olan, keçmişlə gələcəyin astanasında yerləşən Azərbaycanın tarixi və müasir memarlıq abidələrindən, füsunkar təbiətindən, nəqliyyat və texnoloji imkanlarından, ölkəmizdəki sürətli inkişafdan bəhs olunur. 

Qeyd edilir ki, gündən-günə daha da müasirləşən Bakı şəhərində yeni göydələnlər, ticarət mərkəzləri, ən müasir biznes mərkəzləri və otellər tikilməkdədir. 

Videoda Bakının tarixi və müasirliyini, dini tolerantlığını, inkişafını, dəniz, hava və yol infrastrukturunu özündə ehtiva edən müxtəlif görüntülər təqdim olunur.  

Eyni zamanda, videoçarxda Şuşanın gözəl mənzərəli dağlarına, görkəmli sənət xadimləri - Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstlərinə, Şəki Xan Sarayına dair kadrlar da yer alıb. 
 

“BBC World News”un təqdim etdiyi material ölkəmizin tarixi, milli-mədəni irsi, habelə müasirliyi və dinamik inkişafı ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, turistlərin və investorların ölkəyə cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 


Sözügedən videoçarxı təqdim edirik: 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO