AZAL-dan YENİLİK: Azərbaycanlı pilotların xaricə getməyinə ehtiyac qalmadı - VİDEO 

AZAL-dan YENİLİK: Azərbaycanlı pilotların xaricə getməyinə ehtiyac qalmadı - VİDEO 

Hazırda oxunan: AZAL-dan YENİLİK: Azərbaycanlı pilotların xaricə getməyinə ehtiyac qalmadı - VİDEO 

0:00
0:00
38167

"Azərbaycan Hava Yolları"nın (AZAL) Pilotların Hazırlığı Mərkəzində "Embraer E-190" tipli təyyarələrində uçuşların simulyasiyası üçün yeni təlim trenajor kompleksi quraşdırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, yeni trenajor kompleksi Azərbaycan Milli Aviadaşıyıcısının pilotlarına xaricə getmədən ölkəmizdə hazırlıq keçmələrinə imkan verəcək. 

Trenajor kompleksinin istehsalçısı Amerikanın məşhur istehsalçısı olan "FlightSafety International" şirkətidir.

"FS1000 Embraer E190-E1 Level D Full Flight Simulator" tipli yeni trenajor kompleksi MAA-da quraşdırıldıqdan sonra, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən uğurla sertifikatlaşdırılaraq trenajorlar üçün ən yüksək "D" səviyyəsinə uyğun olduğu təsdiqlənib. 

Kompleksdə təkcə Azərbaycan pilotları deyil, xarici aviaşirkətlərin pilotları da təlim keçəcəklər. 


"EMB190-100" tipli trenajor vasitəsilə uçuş zamanı təyyarənin kabinəsi, uçuş dinamikası və ətrafın görünmə dərəcəsi real həyatda olduğu kimi əks olunur.

Bu, pilotlara təlimi uğurla başa vurduqdan sonra yeni tip hava gəmiləri üçün lisenziya almağa və ya yenidən hazırlıq keçməyə imkan verir. 

"AZAL" yeni "Embraer E-190" tipli hava gəmisi üçün uçuş trenajorunda ekipajın təlimi ilə bağlı videoçarx hazırlayıb: 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO