Azərbaycan Ordusunun Naxçıvandakı birləşmələri kompleks məşq keçirdi - VİDEO

Azərbaycan Ordusunun Naxçıvandakı birləşmələri kompleks məşq keçirdi - VİDEO

Hazırda oxunan: Azərbaycan Ordusunun Naxçıvandakı birləşmələri kompleks məşq keçirdi - VİDEO

36184

Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrində kompleks məşq keçirilib.

Əlahiddə Ümumqoşun Ordudan Bizim.Media-ya bildirilib ki, şəxsi heyətin sayıqlığını və peşəkarlığını yoxlamaq üçün məşqə Ordu aviasiyası da cəlb edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Laçında Azərbaycan-Türkiyə birgə təlimindən yeni görüntülər - VİDEO


Kompleks məşqə Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrinin yüksək döyüşə hazırolma vəziyyətinə gətirilməsi ilə başlanılıb.

Plana əsasən zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə hava düşməninin zərbələrinin dəf edilməsi məşq etdirilib.

Komandir və döyüş heyətlərinin real döyüş şəraitində hava hücumundan müdafiə döyüşünün aparılması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə hava düşmənini təqlid edən Ordu aviasiyası praktiki uçuşlarla məşqlərə cəlb edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO