Lionel Messi rəsmən PSJ-nin oyunçusu oldu - VİDEO

Lionel Messi rəsmən PSJ-nin oyunçusu oldu - VİDEO

Hazırda oxunan: Lionel Messi rəsmən PSJ-nin oyunçusu oldu - VİDEO

32121

Fransanın "Paris Sen-Jermen" komandası İspaniya "Barselona" klubundan ayrılan argentinalı futbolçu Lionel Messi ilə müqavilə imzalayıb.

Bizim.Media parislilərin rəsmi saytına istinadla xəbər verir ki, 34 yaşlı forvard ikiillik sözləşməyə imza atıb. Müqavilənin müddəti sonradan daha bir il artırıla bilər.
 

MÖVZU İLƏ BAĞLI:

PSJ Messiyə hansı nömrəni verdi? - DETALLAR


"Paris Sen-Jermen"yə keçidi ilə bağlı təəssüratlarını bölüşən ulduz futbolçu karyerasında yeni səhifə açdığı üçün xoşbəxt olduğunu bildirib:

"Bu klubda hər şey mənim hədəflərimlə üst-üstə düşür. Burada necə istedadlı kollektiv və məşqçilər heyətinin olduğunu bilirəm. Klub və azarkeşlər üçün xüsusi bir şey yaratmağa kömək etmək əzmindəyəm. "Park de Prens"də meydana çıxmağı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, Messi 2003-cü ildən "Barselona"da çıxış edib. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə UEFA Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO