Kaliforniyada meşə yanğınları: 16 min nəfər təxliyə olundu - VİDEO

Kaliforniyada meşə yanğınları: 16 min nəfər təxliyə olundu - VİDEO

Hazırda oxunan: Kaliforniyada meşə yanğınları: 16 min nəfər təxliyə olundu - VİDEO

31400

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları səbəbindən 16 mindən çox insan təxliyə edilib.

Bizim.Media xəbər verir ki, informasiyanı TASS agentliyi yayıb.

Mənbə yazır ki, bu barədə yerli təcili tibbi yardım departamentinin “Twitter” səhifəsində yazılıb.

“Saat 09:00-a (Bakı vaxtı ilə 20:00) qədər ştatda baş verən yanğınlar təxminən 16 min insanın təxliyə edilməsinə səbəb olub”, - məlumatda belə deyilir.

Yerli icra qurumları sakinlərə müraciətdə bildirib ki, “bir saniyə belə vaxt itirmədən təxliyə olunsunlar, çünki saniyə insan həyatını xilas edə bilər”.

Ştatın qubernatoru Qevin Nyusom qeyd edib ki, Kaliforniya administrasiyası yanğının söndürülməsi üçün federal hökumətdən əlavə vəsait əldə edib.

Hazırda ən böyük təhlükə 112 min hektardan çox ərazini əhatə edən “Dixie” adı verilmiş yanğındır. O, ştatda sahəsinə görə altıncı ən böyük yanğın kimi tanınır. Yanğın Kaliforniyanın şimal-şərqində 1000-dən çox əhalisi olan Qrinvill qəsəbəsindəki evlərin çoxunu məhv edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO