Lavrov: “Qərb sülhməramlıları Ukraynanı işğal edəcək” – VİDEO

Lavrov: “Qərb sülhməramlıları Ukraynanı işğal edəcək” – VİDEO

Hazırda oxunan: Lavrov: “Qərb sülhməramlıları Ukraynanı işğal edəcək” – VİDEO

270941

“Ukraynaya göndəriləcək sülhməramlı qüvvələr əslində, işğalçı orduya çevriləcək”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri “Rusiya 24” kanalına açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
 

O, vurğulayıb ki, sülhməramlı kontingentlər Rusiya Silahlı Qüvvələrinin “qanuni hədəfləri” olacaq.


“Əgər Ukraynanın hansısa hissəsində guya sülhməramlılar yerləşdirilərsə və həmin ərazi üçün Qərbin Rusiya Federasiyasına qarşı yönəlmiş təhlükəsizlik zəmanətləri tətbiq olunarsa, bu, yalnız bir məna daşıyacaq – Qərb Ukraynanı işğal edib”, – Lavrov qeyd edib.

Nazir həmçinin Avropanın Ukrayna ilə bağlı danışıqlar masasında iştirak etməsinə qarşı çıxaraq, “onların bu mövqeyinə görə danışıqlarda yeri yoxdur”, – deyə bildirib.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin də oxşar fikirlər səsləndirmişdi.

“Əgər Ukraynada hər hansı qoşunlar peyda olarsa, xüsusən də hazırda davam edən döyüşlər fonunda, biz onları məhv edilməli qanuni hədəf hesab edirik”, - deyə Putin bildirmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO