Putinin ŞƏT-dəki çıxışından sonra Yanukoviçdən AÇIQLAMA – VİDEO

Putinin ŞƏT-dəki çıxışından sonra Yanukoviçdən AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Putinin ŞƏT-dəki çıxışından sonra Yanukoviçdən AÇIQLAMA – VİDEO

268144

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının Şurasındakı çıxışında Ukrayna böhranı və beynəlxalq təhlükəsizliklə bağlı açıqlamalar verib.

Putin qeyd edib ki, Ukraynadakı böhran Rusiyanın hücumu nəticəsində deyil, Kiyevdə Qərbin təhrik etdiyi dövlət çevrilişi nəticəsində yaranıb.

Bizim.Media xəbər verir ki, Putinin bu çıxışından sonra uzun müddətdir mətbuatda görünməyən Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviç birdən-birə üzə çıxıb.

Ukraynanın sabiq prezidenti bəyan edib ki, dövlət başçısı olduğu dövrdə Kiyevi Avropa İttifaqına yaxınlaşdırmaq üçün məqsədyönlü iş aparıb.  Lakin Avropa tərəfi onun bu səyləri qarşısında qeyri-adekvat mövqe sərgiləyib.
 

O hər zaman Ukraynanın NATO-ya üzvlüyünün qəti və prinsipial əleyhdarı olduğunu deyib. Yanukoviç əlavə edib ki, Kiyevin alyansa qoşulması ölkəsi üçün fəlakətə və vətəndaş müharibəsinə yol aça bilərdi.


Qeyd edək ki, Yanukoviçin bu açıqlaması Ukrayna mətbuatında böyük hiddətlə qarşılanıb.

Xatırladaq ki, Viktor Yanukoviç 2010-2014-cü illərdə Ukrayna Prezidenti olub. O, hakimiyyəti dövründə Rusiyaya qarşı yaxın münasibəti ilə seçilib. 2014-cü ildə Avromaydan etirazları nəticəsində Yanukoviç hakimiyyətdən devrilib və Rusiyaya qaçıb. Hazırda Rusiyada yaşayan Yanukoviç Ukrayna məhkəmələri tərəfindən dövlətə xəyanətdə və digər cinayətlərdə təqsirli bilinir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO