Yolun ortasında namaz qıldı, böyük tıxaca səbəb oldu – VİDEO

Yolun ortasında namaz qıldı, böyük tıxaca səbəb oldu – VİDEO

Hazırda oxunan: Yolun ortasında namaz qıldı, böyük tıxaca səbəb oldu – VİDEO

240381

Sankt-Peterburqda Novatorov bulvarında minik avtomobilinin sürücüsü  yolun ortasında namaz qılmağa başlayaraq nəqliyyatın hərəkətini ləngitib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Megapolis” Telegram kanalı məlumat yayıb.
 

Bildirilib ki, çəkiliş 14 mart cümə günü saat 15:35 radələrində aparılıb. Novatorov bulvarından “Prospekt Veteranov” metrostansiyası yaxınlığındakı Daçnı prospektinə dönmək istəyənlər namaz qılan sürücünün və onun saxladığı “Hyundai Sonata”nın yanından keçməli olublar.

 

Qeyd olunur ki, dayanmağın qadağan edildiyi və sıxlıq olan yolda sürücünün namaz qılması tıxacı daha da artırıb.

Xatırladaq ki, daha əvvəl Vladivostokda avtobus sürücüsü marşrutu saxlayaraq, yolun ortasında namaz qılmışdı. Həmin sürücü 500 rubl cərimə olunmuşdu.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO