İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun təməlini qoydu - VİDEO

İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun təməlini qoydu - VİDEO

Hazırda oxunan: İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun təməlini qoydu - VİDEO

22766

Mayın 28-də Ağdama səfər edən Azərbaycan Prezidenti İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ağdamda 1 saylı məktəbin təməli qoyuldu - FOTO - YENİLƏNİB


Qeyd edək ki, bu layihə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin tərkib hissəsidir.

Məlumat verildi ki, 14 kilometrlik hissəsi Bərdə şəhərindən və bir neçə yaşayış məntəqəsindən keçəcək yolun uzunluğu 44.5 kilometrdir.

Dövlətimizin başçısının tapşırığına əsasən bu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olacaq. Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.

Prezident İlham Əliyev yolun təməlini qoydu.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO