İngiltərənin Azərbaycandakı səfiri Ceyms Şarp 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər səfirliyinin “facebook” hesabında paylaşılıb.
MÖVZU İLƏ BAĞLI:
Ceyms Şarp Azərbaycan xalqını belə təbrik etdi - VİDEO
Ceyms Şarp Azərbaycan dilində etdiyi təbrikdə “əziz Azərbaycan xalqı, sizi Azərbaycanın milli bayramı, Respublika Günü münasibətilə təbrik edirəm! Xalqlarımız arasında mövcud dostluq münasibətlərini və ölkələrimizin hərtərəfli əlaqələrini möhkəmlətmək üçün Böyük Britaniya olaraq Azərbaycanla bütün sahələrdə qarşılıqlı əməkdaşlığın gələcəkdə də ikişafı naminə birlikdə işləməyə davam edəcəyik.
Hər birinizə səadət və xoş günlər, ölkənizə isə firavanlıq, sülh və tərəqqi diləyirəm. Respublika Gününüz mübarək!”-deyə səfir bildirib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media