Xəbər verdiyimiz kimi ötən gün Qubanın ucqar dağ kəndi Üçgündə bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası qeydə alınıb.
Qəza zamanı buz bağlamış kənd yolunda hərəkət edən "Lexus"markalı avtomaşın sürüşərək 15 metr hündürlükdən, dərədən aşağı yuvarlanaraq kənd sakinlərindən birinin həyətinə düşüb. Xoşbəxtlikdən ev sahiblərindən ziyan çəkən olmayıb. Sadəcə evin taxta pilləkəninə toxunub.
Qəza nəticəsində "Lexus"un sürücüsü, 45 yaşlı Şamil Orucov yerindəcə keçinib. Şamil Orucov Xaçmazda məşhur iş adamı kimi tanınırdı. Üç nəfər sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktı Quba polis şöbəsinin istintaq bölməsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu