İtaliya “Avroviziya”da qələbə gözləmirmiş – Özləri “İNANILMAZ” adlandırıb - VİDEO

İtaliya “Avroviziya”da qələbə gözləmirmiş – Özləri “İNANILMAZ” adlandırıb - VİDEO

Hazırda oxunan: İtaliya “Avroviziya”da qələbə gözləmirmiş – Özləri “İNANILMAZ” adlandırıb - VİDEO

22077

İtaliyanın “Maneskin” qrupunun üzvü Damiano David “Avroviziya-2021”dəki qalibiyyətlərini inanılmaz adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, müsabiqədən sonra keçirilən mətbuat konfransında bildirib.

“Bu, inanılmazdır”, - qrupun vokalçısı deyib.

Qrupun digər solisti Viktoriyanın sözlərinə görə, nəticə göstərdi ki, insanlar onların mahnısını bəyənib. “Bu, bizim üçün ən vacibidir”, - o qeyd edib.

Qeyd edək ki, İtaliya təmsilçilərinin "Zitti e buoni" mahnısı səsvermə zamanı ən çox xal (524) toplayan ifa olub. 

“Maneskin” rok qrupunun tərkibinə vokalist Damiano David, bas gitaraçı Viktoriya De Anjelis, gitaraçı Tomas Rac və təbilçi İtan Torkio daxildir.

İtailya sonuncu dəfə 1990-cı ildə “Avroviziya”da qalib gəlib. Bu, ölkənin ümumilikdə üçüncü qalibiyyətidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO