Bakıda güclü YANĞIN – VİDEO/YENİLƏNİB

Bakıda güclü YANĞIN – VİDEO/YENİLƏNİB

Hazırda oxunan: Bakıda güclü YANĞIN – VİDEO/YENİLƏNİB

212719

FHN-in "112" qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Bizim.Media nazirliyə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yaşayış evlərinin yaxınlığında məişət tullantılarının yandığı müəyyən edilib. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. 

*** 11:23

Xocasən qəsəbəsində güclü yanğın başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO