Milli Məclisə seçkilərlə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 28 və 29 saylı seçki məntəqəsində səsvermə prosesi davam edir.
Bu məntəqədə səs verənlər arasında Xalq artisti və deputatlığa namizəd Polad Bülbüloğlu da olub.
Polad Bülbüloğlu Bizim.Media-ya açıqlamasında seçki ilə bağlı təəssüratlarını bölüşüb.
Seçkilərin bütün bölgələrdə aktiv, şəffaf keçirildiyini deyən və buna çox sevindiyini bildirən Xalq artisti bəzi beynəlxalq müşahidəçilərin mənfi rəylə gəldiklərini bildirib.
“Bütün bunlara baxmayaraq 30 il sonra bütöv Azərbaycanda seçkilər keçirilir və əhali öz sözünü deyəcək”, - deyə o, əlavə edib.
Qeyd edək ki, Polad Bülbüloğlu 24 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi üzrə deputatlığa namizədliyini irəli sürüb.
Bizim.Media