Bu gün səhər saatlarında Ukrayna ordusu Rusiyanın Kaluqa vilayətinə PUA ilə hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə regionun rəhbəri Vladislav Şapşa məlumat verib.
Məlumata görə, dörd Ukrayna PUA-sı Kaluqa səmasında vurulub, onlardan ikisi şəhərin beynəlxalq hava limanına yaxınlaşarkən məhv edilib.
Dağıntı yerlərində əməliyyat qrupları işləyir, itki olmayıb.
Bizim.Media