İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Konqresinin Senat və Nümayəndələr Palatasının birgə iclası başlayıb.
Bizim.Media xəbər verir ki, Netanyahu konqresmenlərə müraciət edərək, onları Yaxın Şərqdə “İranın terror oxu ilə toqquşmada” qalib gələcəyinə əmin edib.
Qeyd edək ki, iclasda Baş nazirin Qəzza zolağı ilə bağlı planını təqdim edəcəyi gözlənilir.
Bu, Netanyahunun siyasi karyerasında Amerika konqresmenləri qarşısında dördüncü çıxışıdır. Netanyahu sonuncu dəfə 2015-ci ilin martında Konqresin hər iki palatasının birgə iclasında çıxış edib.
Bizim.Media