Tramp Baydenin bağlatmaq istədiyi

Tramp Baydenin bağlatmaq istədiyi "TikTok"da qeydiyyatdan keçdi - VİDEO

Hazırda oxunan: Tramp Baydenin bağlatmaq istədiyi "TikTok"da qeydiyyatdan keçdi - VİDEO

195343

"TikTok" sosial şəbəkəsində ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabı peyda olub. "Realdonaldtrump" adlı istifadəçinin hesabı təsdiqlənib. Hesaba yarım milyona yaxın insan abunə olub.

Bizim.Media xəbər verir ki, səhifədə Trampın beynəlxalq idman təşkilatı UFC-nin tədbirində iştirak etdiyi yalnız bir video yayımlanıb.

Xatırladaq ki, Donald Trampın qarşıdakı prezident seçkisində rəqibi Co Bayden "TikTok"un ABŞ-da bağlanmasının aktiv tərəfdarıdır.

Çin platforması olan "TikTok"un ABŞ bölümünün Amerika şirkətinə satılması, əks təqdirdə qapanması iddiası ilə məhkəmə prosesi başladılıb. Müşahidəçilər hesab edir ki, Trampın bu addımı prezident seçkisində xal yığmağa hesablanmış texnoloji gedişdir.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO