Ağdamda iki kəndin ərazisi sel suları altında qaldı - FOTO/VİDEO

Ağdamda iki kəndin ərazisi sel suları altında qaldı - FOTO/VİDEO

Hazırda oxunan: Ağdamda iki kəndin ərazisi sel suları altında qaldı - FOTO/VİDEO

192034

Mütəmadi olaraq xəbər verdiyimiz kimi son günlər müşahidə olunan yağıntılı hava şəraiti çaylarda suyun səviyyəsinin artmasına səbəb olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qarabağ ərazisindəki dağlardan gələn sel suları Qarqar çayının məcrasını dəyişməsinə səbəb olub.

Bu isə çayın Ağdam rayonu ərazisindən keçən hissəsində daşqınlar yaradıb. Belə ki, rayonun Əfətli və Hacıməmmədli kəndlərinin əraziləri sel suları altında qalıb.

Bundan başqa ötürücü boruların suyu tutmadığı üçün kəndlərlə əkin sahələrini birləşdirən yollar da sel suları səbəbindən keçilməz olub. 

Selin daha ciddi fəlakətlərə yol açmasının qarşısını almaq məqsədi ilə əraziyə texnikalar cəlb olunub. 

Daşqınların vurduğu ziyanla bağlı dəqiq rəqəmlərlə məlumat olmasa da, burada əsasən ən ciddi ziyan soğan və pambıq sahələrinə dəyib. 
Hal-hazırda sel daşqınları davam edir. 
 





Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO