Rusiya Federasiyasının Tatarıstan Republikasında Buqulma şəhəri çəhrayı rəngə qərq olub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya teleqram kanallarında görüntülər paylaşılıb.
Məlumata görə, qeyri-adi duman səhər saatlarından müşahidə olunub.
Şəhər administrasiyasının verdiyi məlumata görə, bu, havanın temperaturunun kəskin enməsi və müəyyən atmosfer şəraiti ilə əlaqədardır.
Belə ki, günəş batdıqda və ya çıxanda işıq səpələnmiş atmosferin daha qalın təbəqəsindən keçə bilər. Bu zaman duman çəhrayı rəngdə görünə bilər. Həmçinin, çəhrayı görüntü su damcılarında və ya dumanda kiçik hissəciklərdə işığın sınması və atmosferdə aerozolların olması nəticəsində yaranır.
Bizim.Media