Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarədən Bizim.Media-ya verilən xəbərə görə, müraciətdə bildirilib ki, son vaxtlar qeydə alınan yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan arxasında diqqəti yayındıran hərəkətlərə, xüsusilə mobil telefondan istifadəyə meyl etmələri səbəbindən baş verir.
DYP-nin müraciətində qeyd edilib ki, sükan arxasında ani bir diqqətsizlik isə sürücünü mənzil başına yox, özünün və doğmalarının arzulamadığı ünvana apara bilər.
Qurum bununla bağlı videoçarx hazırlayıb.
Bizim.Media