Sevgilisi tərəfindən öldürülən qızın son görüntüləri - VİDEO

Sevgilisi tərəfindən öldürülən qızın son görüntüləri - VİDEO

Hazırda oxunan: Sevgilisi tərəfindən öldürülən qızın son görüntüləri - VİDEO

15500

Türkiyədə sevgilisi olduğu iddia edilən Eren Yıldız adlı şəxs tərəfindən boğazından bıçaqlanan 17 yaşlı Gizem Canbulutun son görüntüləri ortaya çıxıb.

Bizim.Media "Show TV"yə istinadən xəbər verir ki, şəxsiyyət vəsiqəsi üçün fotostudiyada şəkil çəkdirən  Canbulutun ölümündən əvvəl son görüntüləri iş yerinin təhlükəsizlik kamerasına düşüb.

Kadrlarda Canbulutun səhər dostu və atası ilə fotoşəkil çəkdirdikdən sonra oradan ayrılması görünür.

17 mart çərşənbə günü  təxminən saat 13:30-da görüşən Gizem Canbulut ilə sevgilisi Eren Yıldız arasında mübahisə yaşanıb. Münahisə zamanı Eren Yıldız Gizem Canbulutu boğazından bıçaqlayıb. Gənc qız qan içində yerə yıxılarkən Eren Yıldız hadisə yerindən qaçıb.

Hadisə yerinə gələn polislər Gizem Canbulutun cansız bədəni ilə qarşılaşıb.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO