İnsanlar Dənizkənarı Bulvarda olan dekorativ bitkilərə ziyan vururlar.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, iyulun 1-də Bakı Bulvarında çəkildiyi qeyd edilən videogörüntüdə bir qadının kaktusun üzərinə yazı yazmağa çalışdığı görünür. Digər xanım ona irad bildirib və bunu sosial şəbəkədə paylaşacağını desə də, qadın və yanındakı kişi ona fikir vermirlər.
Qeyd edək ki, bir müddət öncə də sözügedən ərazidəki dekorativ bitkilərə ziyan vurmaq məqsədilə, yarpaqlarını yandıran şəxsin görüntüləri yayılmışdı.
Həmin videogörüntüləri təqdim edirik:
Bizim.Media