Çempionlar Liqası: Messi penaltini vura bilmədi, komandası mübarizəni dayandırdı - VİDEO

Çempionlar Liqası: Messi penaltini vura bilmədi, komandası mübarizəni dayandırdı - VİDEO

Hazırda oxunan: Çempionlar Liqası: Messi penaltini vura bilmədi, komandası mübarizəni dayandırdı - VİDEO

14371

Martın 11-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə vəsiqə qazanacaq daha iki klub müəyyənləşib.

Bizim.Media xəbər verir ki, səkkizdəbir final mərhələsində İngiltərənin “Liverpul” klubu Almaniyanın “Leyptsiq”, Fransanın “Paris Sen-Jermen” klubu isə İspaniyanın “Barselona” klubu ilə qarşılaşıb.

“Park de Prenc” stadionunda “Barselona” klubunu qəbul edən fransız təmsilçisi cavab görüşünə iddialı başlayıb. Matçın 30-cu dəqiqəsində “Paris Sen-Jermen” klubu hesabı açıb. Hakimin təyin etdiyi penaltini Kilyan Mbappe dəqiq zərbə ilə tamamlayıb.

Qoldan yeddi dəqiqə sonra Kataloniya təmsilçisi hesaba tarazlıq gətirib. Argnetinalı ulduz Lionel Messi adını tabloya yazdırıb. Birinci hissənin əlavə olunmuş dəqiqələrində hakim yenidən 11 metirlik cərimə zərbəsini bu dəfə “Paris Sen-Jermen” klubunun qapısına təyin edib.

Topa yaxınlaşan Lionel Messi fürsətdən istifadə edə bilməyib. Fasilədən sonra oyun qarşılıqlı hücumlar şəraitində keçib, lakin qapılara qol vurulmayıb.

Bu oyunda heç-heçə qeydə alınsa da, ilk görüşdə “Paris Sen-Jermen” 4:1 hesablı qələbə sayəsində dörddəbir finala vəsiqə qazanıb.

Günün digər görüşündə İngiltərənin “Liverpul” klubu ilk matçda 2:0 hesabı ilə qalib gəldiyi Almaniyanın “Leyptsiq” klubunu eyni hesabla məğlub edib. Pandemiya səbəbindən bu görüş ilk oyundaki kimi Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutub.

Mersessayd təmsilçisinin heyətində Məhəmməd Salah və Sadio Mane fərqləniblər. Beləliklə, iki oyunun nəticəsinə əsasən “Liverpul” dörddəbir finalda oynamaq hüququ qazanıb.

Qeyd edək ki, səkkizdəbir final mərhələsinin cavab görüşlərinə martın 10-da start verilib. Həmin görüşlərdə iki oyunun nəticəsinə görə “Porto” (Portuqaliya) “Yuventus” (İtaliya) klubundan (4:4), Almaniyanın “Borussiya Dortmund” klubu isə İspaniyanın “Sevilya” klubundan üstün olub (5:4).

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO