Yeni Gəncə qəsəbəsində bəzi əraziləri su basıb - FOTO/VİDEO

Yeni Gəncə qəsəbəsində bəzi əraziləri su basıb - FOTO/VİDEO

Hazırda oxunan: Yeni Gəncə qəsəbəsində bəzi əraziləri su basıb - FOTO/VİDEO

143311

Yeni Gəncə qəsəbəsində bəzi əraziləri su basıb, fəsadlar aradan qaldırılıb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirlik intensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görür. 

Belə ki, FHN-in “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində intensiz yağışlar nəticəsində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub. Bununla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.
FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.
 







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO