Fransada prezident Emmanuel Makronun müqəvvası döyülərək yandırılıb.
Bizim.Media REN.TV-yə istinadən xəbər verir ki, bununla ölkənin Qrenobl şəhərinin sakinləri prezidentlərinin uğursuzluqlarından narazı olduqlarını bildiriblər.
MÖVZU İLƏ BAĞLI:
Pensiya islahatlarından narazı kütlə Makronu fitə basdı - ANBAAN VİDEO
Qeyd edilib ki, ötən gün ikinci müddətə yenidən prezident seçilməsindən bir il ötən Makrondan ölkə əhalisinin üçdə ikisi narazıdır.
Belə ki, o, ilk növbədə səhiyyə və təhsil sahəsindəki problemlərə görə tənqid olunur. Qalmaqallı pensiya islahatının qəbul edilməsi isə Fransa xalqının kütləvi etirazlarına səbəb olub.
Bizim.Media