Türkiyədən alınan mina təmizləyənlərin texniki üstünlükləri - VİDEO

Türkiyədən alınan mina təmizləyənlərin texniki üstünlükləri - VİDEO

Hazırda oxunan: Türkiyədən alınan mina təmizləyənlərin texniki üstünlükləri - VİDEO

10857

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının maddi-texniki təminatının yaxşılaşdırılması, azad edilmiş ərazilərdə aparılan minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində fəaliyyətlər davam edir.

Bizim.Media-ya  Müdafiə Nazirliyindən verilən məlumata görə, bu fəaliyyətlər çərçivəsində Türkiyə Respublikasından alınan müasir tələblərə cavab verən mühəndis texnikası və avadanlıqlarının bir hissəsi ölkəmizə gətirilib.

 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədən Azərbaycana yeni minatəmizləmə maşınları göndərildi - FOTO


Texnika və avadanlıqlar azad edilmiş ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilərək yaşayış məntəqələrimizin və əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb ediləcək.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO