Təbiətlə bütünləşən mənzərə – Nağıllar aləminə seyrə aparan balıqçılar kəndinin GÖRÜNTÜLƏRİ 

Təbiətlə bütünləşən mənzərə – Nağıllar aləminə seyrə aparan balıqçılar kəndinin GÖRÜNTÜLƏRİ 

Hazırda oxunan: Təbiətlə bütünləşən mənzərə – Nağıllar aləminə seyrə aparan balıqçılar kəndinin GÖRÜNTÜLƏRİ 

108211

Çinin Qouqi adası təbiətin əsir etdiyi ada kimi tarixə düşüb. 

Bizim.Media xəbər verir ki, Çinin Şensi adaları kimi tanınan, 400 ada bölgəsində yerləşən bu əsrarəngiz ərazi bir vaxtlar balıqçılar kəndi kimi tanınıb. 

Sakinlərinin əsas məşğuliyyəti balıqçılıq olan bu kənd illər əvvəl boşaldılıb. Belə ki, Qouqi kəndliləri materikdə balıq tutmağın daha qənaətcil olduğunu düşünərək illər əvvəl evlərini tərk ediblər. 
Təbiətlə baş-başa qalan kənd elə bundan sonra nağıllarda təsvir olunan ecazkar yaşıllıq zonasına çevrilib. 

İçində yaşayış olmayan evlərin divarları sarmaşıqlarla, canlı ayağı dəyməyən yolları isə otlarla örtülüb. İnsan nəfəsinin illərdir əksik olduğu kənd təbiət sayəsində canlı rəsm əsərini xatırladır.

Təbiətlə bütünləşərək ecazkarlıq nümunəsinə dönən bu kəndin sehrinə dalmağınız üçün görüntüləri təqdim edirik: 

Bizim.Media

 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO