Bu gün səhər Qubada rekord dərəcədə şaxta qeydə alınıb.
Bizim.Media-nın şimal bürosunun məlumatına görə, Qrız kəndində qışın ən soyuq havası, -11 dərəcə şaxta müşahidə edilib. Duman olduğundan Qrızda cəmi 2 sm qar var.
Ən çox qar isə Xızının Altıağac kəndində qeydə alınıb - 11 sm.
Bildirilib ki, Quba rayonu ərazisində qar yağmağa davam edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu