Xersondan qaçmaq üçün növbə yarandı – ANBAAN VİDEO

Xersondan qaçmaq üçün növbə yarandı – ANBAAN VİDEO

Hazırda oxunan: Xersondan qaçmaq üçün növbə yarandı – ANBAAN VİDEO

100119

Xəbər verdiyimiz kimi, Xerson vilayətinin qondarma administrasiyası yaşayış məntəqələrinin Ukrayna tərəfindən atəşə tutulması təhlükəsi ilə əlaqədar sakinlərə şəhəri tərk etməyə çağıran SMS mesajları göndərib. Qeyd edilib ki, səhər saat 7:00-dan etibarən avtobuslar Reçportdan bölgənin Sol sahilinə hərəkət edəcək. Oradan isə əhali Rusiyanın digər bölgələrinə göndəriləcək.

Bizim.Media xəbər verir ki, işğal olunan ərazilərin “hakimiyyəti” Xerson sakinlərinin 40%-dən çoxunun şəhəri tərk etdiyini bildirib.

Ukrayna prezidentinin dəftərxanası Xerson vilayətinin işğal olunmuş ərazilərində aparılan evakuasiyaya reaksiya verib. 

“Ruslar Xerson sakinlərini ordumuz tərəfindən şəhəri atəşə tutması ilə bağlı saxta poçt göndərişləri ilə qorxutmağa çalışır, eyni zamanda, yalançı təbliğat şousu təşkil edirlər. Bu, kifayət qədər primitiv taktikadır. Xatırladaq ki, Ukrayna silahlı qüvvələri öz şəhərlərini atəşə tutmur. Bunu yalnız Rusiya ordusu edir. Hətta Rusiyanın özündə də təyyarələri yaşayış binalarının üzərinə düşür”, - deyə Prezident Aparatının rəhbəri Andrey Yermak yazıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO