Lənkəran Dövlət Dram Teatrının kollektivi 10 Mart - Beynəlxalq Teatr Günündə yeni tamaşasını təqdim edib.
Bizim.Media-nın Cənub Mərkəzinin məlumatına görə, Lənkəran Dövlət Dram Teatrı 131-ci Teatr mövsümündə “Haqqın 44 günü” səhnə əsəri ilə tamaşaçıların qarşısına çıxıb.
Əsərin müəllifi kollektivin baş rejissoru Anar Babalıdır. Müəllifin quruluş verdiyi səhnə əsəri Vətən müharibəsində 44 gün ərzində qazanılan böyük zəfərdən bəhs edir.
Əsərin mövzusu 30 il ərzində Qarabağ torpaqlarında baş verən erməni özbaşınalıqları, törətdikləri vəhşiliklər və xalqımızın igid oğullarının Vətən sevgisi, döyüşlərdə göstərdikləri şücaət öz əksini tapıb.
Tamaşada müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində yaratdığı çətinliklərdən, ağrı-acılardan da bəhs olunur. Müzəffər Ordumuzun yüksək əhval-ruhiyyəsi ilə əzmkarlıq nümayiş etdirərək 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün müddətində düşmən tapdağından xilas etməsinin sevinci canlandırılır.
Tamaşanın quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rolları teatrın gənc aktyorlarından Sayad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbaszadə ifa edirlər.
Qeyd edək ki, LDDT-nın yaradıcı truppası martın 8-də Salyan və Neftçala rayonlarında bu tamaşa ilə qastrol səfərində olublar. “Haqqın 44 günü” tamaşasının "Şuşa ili" çərçivəsində respublikamızın digər bölgələrində də nümayişi nəzərdə tutulub.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
15:36 / 10.03.2022
“Haqqın 44 günü” tamaşası bölgələrdə nümayiş olunacaq - FOTO
Hazırda oxunan: “Haqqın 44 günü” tamaşası bölgələrdə nümayiş olunacaq - FOTO
Hazırda oxunan: “Haqqın 44 günü” tamaşası bölgələrdə nümayiş olunacaq - FOTO
64067
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.