Nazirlik

Nazirlik "Teatrda bir gün" layihəsinə başladı - FOTO

Hazırda oxunan: Nazirlik "Teatrda bir gün" layihəsinə başladı - FOTO

63940

Mədəniyyət Nazirliyi "Teatrda bir gün" adlı yeni layihəyə start verib.

Bu haqda Bizim.Media-ya Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşov məlumat verib. Onun sözlərinə görə, layihəyə martın 27-dən başlanılacaq.

Mədəniyyət naziri Anar Kərimovun qərarı ilə bundan sonra hər il martın 27-də və oktyabrın 25-də teatrlarda "Teatrda bir gün"layihəsi çərçivəsində "Açıq qapı" günləri keçiriləcək.

Həmin gün tamaşaçılar pulsuz tamaşalara baxacaq, maraqlı sərgilərlə tanış olacaqlar.

Faiq Qardaşov bu gün Azərbaycanda ilk ləzgidilli teatr olan Qusar teatrında Azərbaycan Milli Teatırının yaranmasının 149-cu ildönümünə həsr edilmiş maraqlı tədbir keçirildiyini də vurğulayıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO