Üzeyir bəyin “Leyli və Məcnun”u “Cıdır Düzü”ndə - FOTO

Üzeyir bəyin “Leyli və Məcnun”u “Cıdır Düzü”ndə - FOTO

Hazırda oxunan: Üzeyir bəyin “Leyli və Məcnun”u “Cıdır Düzü”ndə - FOTO

63885

Dahi Üzeyir bəyin “Leyli və Məcnun” operasının qəhrəmanları ilk dəfə Cıdır Düzündə üz-üzə gəliblər.

Bizim Media xəbər verir ki, Leyli ilə Məcnunu Şuşa dağlarında qovuşduran Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev olub.

İctimai Televiziya ilə Opera və Balet Teatrının birgə layihəsi əsasında hazırlanan proqram Novruz bayramı ərəfəsində tamaşaçıların ixtiyarına veriləcək. 

Tarixi layihədə Üzeyir bəyin "Arşın mal alan” və  "O olmasın, bu olsun” operettalarından da parçalar yer alacaq. 

Qeyd edək ki, bütün çəkilişlər Cıdır Düzündə, sıldırım qayaların ətəyində aparılır.

Ülviyyə Həsənqızı, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO