İncəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu üçün müraciətlər DAVAM EDİR

İncəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu üçün müraciətlər DAVAM EDİR

Hazırda oxunan: İncəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu üçün müraciətlər DAVAM EDİR

599954

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu üçün müraciətlər davam edir.

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, qəbul prosesi vahid elektron sistem üzərindən və müsabiqə əsasında həyata keçirilir. Qəbul üçün müraciətlər fevralın 16-dan martın 18-dək “MyCulture” vahid şəxsi kabineti vasitəsilə elektron qaydada təqdim olunmalıdır.


Qəbul şərtləri, yaş hədləri, imtahan meyarları və digər məlumatlarla nazirliyin rəsmi informasiya resurslarında yerləşdirilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu və yerdəyişməsi Qaydaları” ilə tanış ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO