Xalq artisti Şeyx Əbdül Mahmudovun son vəziyyəti AÇIQLANDI

Xalq artisti Şeyx Əbdül Mahmudovun son vəziyyəti AÇIQLANDI

Hazırda oxunan: Xalq artisti Şeyx Əbdül Mahmudovun son vəziyyəti AÇIQLANDI

576713

"Bronxlarımda problem yaranmışdı. Hazırda Reabilitasiya və Bərpa Mərkəzində müalicə alıram, vəziyyətim nisbətən stabildir. Səhər buraya gəlirəm, axşama kimi müalicə alıram, sonra evə gedirəm".

Bizim.Media xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov bildirib.

O, sağlamlıq problemlərinin əsas səbəbini COVID-19-dan sonra qalan fəsadlarla əlaqələndirib.
 

Başında və əllərində hiss etdiyi keyimələrdən danışan Şeyx Əbdül fizioterapiya aldığını və gündəlik həyatının bu prosedurlar vasitəsilə nizamlandığını bildirib.


Ə.Mahmudbəyov, həmçinin kino və mədəniyyət sahəsindəki problemlərə də diqqət çəkib:

"Milli məbədgahlarımız dağılıb, kino və mədəniyyət sahəsi kifayət qədər diqqət görmür. Buna görə də mən əsəbiləşirəm, amma inanıram ki, vəziyyət yaxşılaşacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO