II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı konfransla başladı - FOTO 

Hazırda oxunan: II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı konfransla başladı - FOTO 

41744

Heydər Əliyev Sarayında II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalının açılışına həsr olunan elmi-praktiki konfrans keçirilib. 

Bizim.Media xəbər verir ki, “Dünya vokal ifaçılığı və onun əsasları” mövzusunda elmi – praktiki konfrans Vətən müharibəsi şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb. 

Festivalın ideya müəllifi və bədii rəhbəri, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov çıxışında 6 gün davam edəcək festivalın bu ildən beynəlxalq status aldığını diqqətə çatdırıb. 
 

Festivalda müxtəlif yaş hədlərində olan vokalçıların, həmçinin artıq bu sənətdə öz sözünü demiş peşakar klassik vokalçıların ifaları ilə yanaşı, Azərbaycanın və dünyanın məşhur klassik vokal ifaçılarının repertuarından seçilmiş əsərləri, romansları dinləmək mümkün olacaq. 


Bundan əlavə, festival çərçivəsində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar elan olunan “Nizami Gəncəvi ili” ilə əlaqədar Nizaminin sözlərinə yazılmış romanslar təqdim olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO