Noyabr ayının 20-nə qədər Ağdam qayıdacaq. Ağdama gedim, əyilib o torpağı öpəcəm. Mənə bu səsi Qarabağ torpağı verib. Bu illər ərzində nə Qarabağı, nə də Ağdamı unutmadım. Bütün itkilər unudulur və ya yoxluğuna öyrəşirsən ancaq torpaq itkisi unudulmur.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.
Xalq artisti bu günün tariximizin ən şərəfli səhifəsi adlandırıb:
“200 ilə yaxındır ki, biz belə qələbə yaşamamışıq. Qələbəmizi qəhrəman oğullarımız, igid balalarımız sayəsində daddıq. Düşmən Azərbaycan ordusu qarşısında baş əyir.
Qarabağ erməni işğalından azad olunmaqla, milli qürurumuz yenidən dirçəldi”.
Böyük Zəfərimizlə bağlı hər kəsə minnətdarlığını çatdırıb:
“Bu bayramda birbaşa payı olan, Azərbaycan ordusu, şəhdiləri, şəhid analarımızın qarşısında baş əyirəm.
Ali Baş Komandanımız İlham Əliyevə, hərbi əməliyyatlar dövrü hər zaman bizə dəstək olan Türkiyə Cümhuriyyətinə onun başkanına təşəkkür edirəm”.
Gülşanə Mustafayeva, Bizim.Media