Əhməd Cavadın evi haqqında AÇIQLAMA - VİDEO

Əhməd Cavadın evi haqqında AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Əhməd Cavadın evi haqqında AÇIQLAMA - VİDEO

23106

Azərbaycan Dövlət Himninin müəllifi, şair Əhməd Cavadın ata yurdu yararsız haldadır. 

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Şairin Şəmkir rayonu Seyfəli kəndindəki doğulduğu ev uçulmaq üzrədir. Mədəniyyət Nazirliyi məsələyə münasibət bildirib.

Nazirliyin açıqlamasına görə, Əhməd Cavadın Ev-Muzeyi fəaliyyət göstərmir.

“Həmçinin, kütləvi informasiya vasitələrində və sosial mediada yer alan görüntülərdə Əhməd Cavada məxsus olduğu iddia edilən obyekt Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq olunmuş dövlət mühafizəsində olan tarix-memarlıq abidələrinin siyahısında yer almayıb”, - məlumat qeyd edilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO