Yazıçı İlhamə Kədərin imza günü keçirildi - FOTO

Yazıçı İlhamə Kədərin imza günü keçirildi - FOTO

Hazırda oxunan: Yazıçı İlhamə Kədərin imza günü keçirildi - FOTO

194650

Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının altıncı günü öz işinə başlayıb.

Bizim.Media-nın masasında şair-yazıçı İlhamə Kədərin imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, yazarın kitabları maraqla qarşılanıb.
 

MÖVZU İLƏ BAĞLI:

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 6-cı günü Türkiyəyə HƏSR OLUNUB - FOTO 


Şairə saytımıza açıqlamasında illər əvvəl 4 şeir kitabı yazdığını, 20 il fasilədən sonra yenidən ədəbiyyata qayıtdığını bildirib. O, əsasən uşaq ədəbiyyatına üstünlük verir. Nağılları həm azərbaycan, həm də rus dillərində yazır.

Hazırda "Zimhəri" romanı yerli mətbuatda hissə -hissə dərc olunur.

İlhamə Kədər Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Yazarın Türkiyə "Güfte" ədəbiyyat dərgisində hekayələri çap olunub. 

Xatırladaq ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Festival mayın 31-dək davam edəcək.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO