VII Şəki “İpək yolu”x9d Beynəlxalq Musiqi Festivalınının - MARAQLI PROQRAMI

VII Şəki “İpək yolu”x9d Beynəlxalq Musiqi Festivalınının - MARAQLI PROQRAMI

Hazırda oxunan: VII Şəki “İpək yolu”x9d Beynəlxalq Musiqi Festivalınının - MARAQLI PROQRAMI

141944


Azərbaycan Bəstəkarlar İttifaqınını təşkilatçılığı ilə 2010-cu ildən bəri hər il keçirilən Şəki “İpək Yolu”x9d Beynəlxalq Musiqi Festivalı bu dəfə 27 iyun ”“ 1 iyul tarixlərində gerçəkləşək. VII Şəki “İpək Yolu”x9d Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün müxtəlif ölkələrdən ”“ Türkiyə, İran, Yaponiya, Özbəkistan, Moldova, Tatarıstan, Başqırdıstan, Monqolustan, Qırğızıstan, Qazaxıstan, Saha-Yakutiya, Tuva və Türkmənistandan ifaçılar dəvət olunublar. Xarici ifaçılarla yanaşı festivalda həmçinin Azərbaycanın görkəmli musiqi kollektivlərindən biri ”“ bu günlərdə yaradılmasının 80 illiyini qeyd edən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri iştirak edəcək.

Moderator.az xəbər verir ki, festivalın açılış günündə Şəki Yay Teatrının möhtəşəm zalında TÜRKSOY-un xalq çalğı alətləri ansamblının konserti təqdim olunacaq. Azərbaycan, Türkiyə, Özbəkistan, Moldova, Tatarıstan, Başqırdıstan, Monqolustan, Qırğızıstan, Qazaxıstan, Saha-Yakutiya, Tuva və Türkmənistan ifaçılarının birgə layihəsi kimi hazırlanmış bu konsert proqramına müxtəlif xalqların musiqisi daxil edilib.

xa0Festivalın ikinci günü bütünlükdə Türkiyənin musiqi kollektivlərinin çıxışlarına həsr edilmişdir. Şəki Xan Sarayında gerçəkləşəcək gündüz konsertində İstanbulun “Şimdi”x9d ansamblının (bədii rəhbər ”“ Şirin Pancaroğlu), Şəki Yay Teatrında isə İstanbul Şəhər Bələdiyyəsinin Anadolu Türk xalq mahnı və rəqs ansamblının geniş konsert proqramı təqdim olunacaq. Festivalın konsert proqramında Yaponiyanın “Vas-Liqa”x9d musiqi ansamblı və İran İslam Respublikasının “Təbriz”x9d musiqi ansamblı da təmsil olunmuşlar. Festival günlərində həmçinin, Şəki Musiqi Kollecində musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Şəkinin musiqi folkloru”x9d və “Şəkidə ifaçılıq sənəti”x9d kitablarının təqdimatı keçiriləcəkdir. Festivalın sonuncu günündə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Respublikanın xalq artisti, professor Ağaverdi Paşayevlə görüş keçiriləcək və həmin kollektivlərin ifasında Festivalın yekun konserti təqdim olunacaq.
Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO