“Bu torpağa xoş niyyətlə ayaq basan hər kəs müqəddəs
ziyarətdədir və çarıqlarını çıxarıb təzim etməlidir”x9d.
Bu sözlər təqdiqatçı Rövşən Əliyevin bu gün ölkənin mətbu
orqanlarına ünvanladığı məktubundandır. Həmin məktubunda tədqiqatçı ərsəyə gətirdiyi
yeni video-filminin rus, türk, Azərbaycan dillərindəki versiyalarının linklərini
də redaksiyamıza göndərmişdir. Moderator.az oxucular üçün maraqlı olacağını nəzərə
alıb məktubu və video-filmləri təqdim edirik:
"Azərbaycan nə İslam, nə Avropa mədəniyyətinin mərkəzi,
nə də hər hansı beynəlxalq tədbirlərin simvolik
bayraqdarı deyil. Azərbaycan bəşəriyyətin
ilkin təfəkkürü, mədəniyyəti, şüuru, yaradılışının şərəfli əvvəli və sonudur.
Sözün başlandığı və bitdiyi məkandır. Azərbaycan yerin müqəddəs Kəbəsi, uca Yaradanın hikmətlər dolu sirrlər xəzinəsidir.
Bu torpağa xoş niyyətlə ayaq basan hər kəs müqəddəs ziyarətdədir və çarıqlarını
çıxarıb təzim etməlidir. Odur ki, cənablar bizləri dərin yuxuya vermiş dünya həyatının
keşməkeşli problemlərini bir anlıq kənara qoyub özümüzü, elimizi, əvvəlimizi və
sonumuzu tanımaq üçün “Son Hikmətlər”x9d adlı sənədli filmi və “Əbədi Çağırış”x9d adlı
şərhi izləyin!
Müqəddəs Evan nəslinin təməli, əfsanəvi”x9d Qaf”x9d dağı
doğma vətənimizdədir. Atəşgahın, Qız qalasının, Bibiheybətin başqa dünya tarixi
və mədəni irsinin nümunələrindən olan Misir, Livan, İran, Çin, Amerika və s.
ölkələrdəki abidələrlə əlaqələri və bu günə qədər eşidilməmiş tilavətçi
interpretasiyası. Həqiqi “Yaradılış”x9d Adəm və İblis məvhumunun gerçəklikləri Azərbaycanda
və Azərbaycandan eşidiləcək. “Azərbaycan dünyaya günəş kimi doğacaq”x9d və bu dəfə hər kəs azərbaycanlı olduğu ilə fəxr
edəcək!
Buyurun, diqqətlə
izləyin!
Məlumat üçün bildiririk ki, sosial şəbəkələrdə Rus və
Türk dilində dublyaj edilmiş versiyası yayımlanmışdır. Rus dilində versiya NTV,
RTR və başqa kanallara təqdim edilmişdir. Lakin qısqanclıq yalnız məlumatların
oradan götürülməsi ilə nəticələnmiş və yayımlanmamışdır. Yalnız şərh Türk və
Rus dillərində yayımlanmışdır".



























































































