Yatağınızı yalnız seks və yuxu üçün istifadə edin

Yatağınızı yalnız seks və yuxu üçün istifadə edin

Hazırda oxunan: Yatağınızı yalnız seks və yuxu üçün istifadə edin

63019
İnsanların yetərincə yatmamalarının ailə stressi, ya da işlə bağlı bir çox səbəbləri vardır. Digər hallarda yuxu çatışmazlığı yuxuya mane olan yataq vərdişlərindən qaynaqlanır.
 
Yuxu problemlərinin həyat və sağlamlıq üzərində mənfi təsirləri vardır. Yuxusuzluq insanda çox ciddi problemlər yarada bilər. Yuxusuzluğun səbəblərini müəyyənləşdirib həll edərək asanlıqla yuxuya gedə bilərsiz.
Ailem.az yuxuya mane olan 7 yataq vərdişini sadalayır.
 
Yanlış döşəkdə yatmaq. Düzgün döşəkdə yatsanız, daha rahat yuxuya gedərsiz. Eyni şərt yastıq və yataq örtükləri ilə də bağlıdır. Arxası üstə yatırsızsa, yumşaq bir yastıq, yan üstə yatırsızsa, sərt yastıq seçin.
 
Saatlarla “Facebook”x9da baxmaq. Kompüterin işığı beyni oyandırır. Kompüter,  telefonunuzu söndürüb kənara qoysanız belə, beynin tez bir anda yuxu rejiminə keçməsi çox çətindir. Gecə gec saatlarda elektron vasitələrdə qurcalanmaq yerinə söndürüb kənara qoyun.
 
İşığı yanan bir saatla yatmağa çalışmaq. Gecələr mümkün olduğunca tam qaranlıq  yerdə yatmağa çalışın. İşıq rahat yuxuya mane olacaq.
 
Hava işıqlananda, ya da erkən yatmaq. Yatma saatının yalnızca uşaqlara aid olduğunu düşünməyin. Özəlliklə həftəsonları yatma vaxtına diqqət edin. Bədən öyrəşdiyi rejimi tələb edər. Əgər fərqli vaxtlarda yatıb oyanırsızsa, həftəiçi yuxuya getməkdə çətinlik çəkə bilərsiz.
 
Yataqda kitab oxumaq. Yataqda kitab oxumaq bir çoxlarının vərdişidir, ancaq bədən bu rejimə artıq öyrəşir. Siz kitabınızın bir neçə səhifəsini bitirmədən yuxuya gedə bilməzsiz. Yatağınızı yalnız seks və yuxu üçün istifadə edin. Kitab oxumaq istədiyinizdə kresloda qıvrılıb oxuyun.
 
Ulduzları saymaq. Yata bilmirsizsə, yataqda qalmanın bir mənası yoxdur. Əgər 30 dəqiqədən çox yatmağa çalışır və yata bilmirsizsə, qalxıb bir kitab oxuyun, ya televizora baxın. Bunların sayəsində beyin yorulduğunu hiss edib yatmaq istəyəcək.
 
Gecə idman etmək. Gündüz etdiyiniz idman günboyu sizi enerjili tutar. Yatmadan 3 saat əvvələ qədər idman etməyin. Ağır fiziki hərəkətlər bədən enerjinizi artırar və yuxunuz gəlməz.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO