Wi-fi insan orqanizmi üçün təhlükə mənbəyidir

Wi-fi insan orqanizmi üçün təhlükə mənbəyidir

Hazırda oxunan: Wi-fi insan orqanizmi üçün təhlükə mənbəyidir

60950
“The Daily Mail” qəzetinin verdiyi məlumata görə, elm və texnologiya nə qədər irəli getsə də, insan orqanizmi üçün təhlükəli təsirlər bir o qədər çoxalır. 

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, alimlər internet xidmətlərində istifadə olunan "wi-fi" - simsiz rabitə barədə həyəcan təbili çalmağa başlayıblar. Qeyd edək ki, "wi-fi" simsiz rabitənin vətəni sayılan Hollandiyada, alimlər bu sistemin ağaclar üçün mənfi təsir yaratdığını aşkar ediblər. Digər tərəfdən bu sistemin insan orqanizmi üçün də mənfi təsirə malik olduğu üzə çıxıb. Araşdırmalar zamanı məlum olub ki, "wi-fi" simsiz rabitə vasitəsilə ayrılan şüalar həm bitkilər, həm də insan beyni üçün təhlükə yaradır. 

Məlumat üçün bildirək ki, "wi-fi" - kompüterlərin şəbəkəyə birləşdirilməsi və yaxud İnternetə qoşulması üçün müasir simsiz texnologiyadır. Məhz bu texnologiya vasitəsilə İnternet mobil olaraq istifadəçiyə istər bir otaq hüdudlarında, istərsə də bütün dünyada sərbəst hərəkət imkanı təqdim edir. Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO